Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / Aşura günü bu ünvanlarda qanvermə aksiyaları keçiriləcək – SİYAHI

Aşura günü bu ünvanlarda qanvermə aksiyaları keçiriləcək – SİYAHI

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar olaraq Azərbaycanda qanvermə aksiyası baş tutacaq.
Qanvermə aksiyası Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şirvan, Ağsu, Beyləqan  və digər rayonlardakı məscid və xəstəxanalarda olacaq.
Aksiya İmam Əli, Əjdərbəy, Şah Abbas, Bibiheybət, Təzəpir, Hacı Soltanəli, Qaraçuxur,  Böyük Bazar, Heydər məscidlərində və Rəhimə xanım ziyarətgahı, Sumqayıt şəhər Cümə və İmam Əli məscidləri, Gəncənin İmamzadə Ziyarətgah kompleksində, Bərdənin İmamzadə kompleksi, Xaçmaz şəhər məscidi, Biləsuar şəhər Cümə məscidi, eləcə də, Mərkəzi Qan Bankının Şirvan və Quba bölgələrində keçiriləcək.
Eyni zamanda, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Beyləqan Rayon Mərkəzi xəstəxanası, Cəlilabad Rayon Xəstəxanası, Ağsu rayon Xəstəxanasında qanvermə aksiyası baş tutacaq.(Oxu.Az)

Həmçinin oxuyun

Ramil Usubovun yeni işində ilk görüşü – Foto

Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə Yekun …