Çərşənbə , Mart 3 2021
Ana səhifə / Aktual / Astarada karantin qaydalarını vəzifəlilər pozur… – FOTOFAKT

Astarada karantin qaydalarını vəzifəlilər pozur… – FOTOFAKT

Koronavirusun tüğyan etdiyi bir vaxtda, karantin qaydalarına məhəl qoymadan Astaranın deputatı Rəşad Mahmudov və böyük qardaşı icra başcısının 1-ci müavini Allahverən Mahmudov 28 yanvar axşam saatlarında rayonun mənzərəli restoranlarından birində yeyib–içib şəkil çəkdiriblər.



KAİM.az bildirir ki, “ASTARA- ŞAHAĢACİ-AZƏRBAYCAN” qrupunda Rashad Madatov da həmin fotonu paylaşaraq ağır sözlərlə status yazıb.

O bildirib:




“1-ci hörmətli deputat Rəşad Mahmudov, 2-cisi deputatın böyük qardaşı və Astara İcra başcısının 1-ci müavini Allahverən Mahmudov… başa düşdük qardaşdırlar… yeyib-icirlər və bu normaldır….. Mənə cox maraqlı olan budur ki, 3 cü nəfər olan Tofiq… o Tofiq ki Astara Rayon Şeyakaran və Şahaagac kəndlərini satan bu şəxs bu 2 nəfərin yanında nə edir? Bunlar o dələduzun havadarıdırlar, yoxsa?.. Bütün Azərbaycan bilir ki, bu Tofiq mənə 250 min manatdan cox ziyan vurub, amma bunlar o “maşennik”nən yeyib-içirlər…

Mən məcburam ki, bu şəkili Cənab Prezident İlham Əliyevə göndərim…daha başqa yolumuz qalmadı…”

KAİM.az yazır ki, Astarada karantin qaydalarının deputat Rəşad Mahmudov və icra başcısının 1-ci müavini Allahverən Mahmudov tərəfindən pozulması, Azərbaycan Bayrağına hörmətsizlik sosial şəbəkə istifadəçilərini hiddətləndirib.

Qardaşların belə bir hərəkəti pislənərək, onlar haqqında qanuni ölçü götürülməsi də tələb edlib. 

Həmçinin oxuyun

Azərbaycanda hansı hərbçilərin maaşı artıb? -AÇIQLAMA

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə …