Ana səhifə / Aktual / AST Telmanın otelinə müştəri tapıldı

AST Telmanın otelinə müştəri tapıldı

Müflis olan iş adamı Telman İsmayılovun Türkiyədə əlindən alınan “Mardan Palace” otelinə müştəri tapılıb. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, borclara görə müsadirə olunaraq “Halk Bankası”na verilən istirahət kompleksini Türkiyədə və dünyanın bir çox yerində 9 otelə sahib “Titanic Hotels” şəbəkəsi öz sıralarına qatmaq niyyətindədir.

Belə ki, “Titanic Hotels”in İdarə Heyətinin sədri Mehmet Aygün bank rəsmiləri və AST Telmanla şəxsən görüşüb.  M.Aygün deyib ki, hazırda ilkin görüşlər keçirilib: “Belə bir kompleksin bağlı qalması ürəyimizi sızladır. Ən qısa zamanda yekun qərara gələcəyik”,-deyib.

“Titanik Hotels” rəsmisi onu da əlavə edib ki, “Mardan Palace” yeni sahibinə qovuşsa da, adı dəyişdirilməyəcək: “Bu günə kimi reklamı aparılan “Mardan Palace”nin adını dəyişmək doğru olmaz.  Ancaq  “Mardan Palace Titanic Group” kimi yenilənə bilər”.

Xatırladaq ki, Telman İsmayılov sözügedən otelə 1,4 milyar dollar xərc çəkib.

Aysel Kərimova

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …