Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / “ASLAN İSMAYILOVUN SOROSLA ƏLAQƏLƏRİ ARAŞDIRILMALIDIR” – İş adamından çağırış

“ASLAN İSMAYILOVUN SOROSLA ƏLAQƏLƏRİ ARAŞDIRILMALIDIR” – İş adamından çağırış

Xəbər verdildiyi kimi, Azərbaycan Prezidentinin mətbuat xidməti sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar bəyanat yayıb.

Bəyanatda bildirilib ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adı çəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur: “Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.

Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib. Elə “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir”.

Azərbaycan hökumətinin xarici medaidakı sözügedən hücumlara görə milyarder Corc Sorosu hədəfə götürməsi bir qədər gözlənilməz olub. Lakin belə görünür ki, hökumətin əlində belə ittihamla çıxış etməsi üçün ciddi əsaslar var. Təsadüfi deyil ki, Prezidentin mətbuat xidmətinin bəyanatında Corc Sorosun “çirkin əməllərinin” ciddi şəkildə araşdırımasının vacibliyi vurğulanır.

Tanınmış iş adamı, “Xəmsə” Holdinqin sahibi Mürvət Həsənli Azərbaycan hökumətini Corc Sorosun özü kimi “dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan” Azərbaycandakı adamlarının da fəaliyyətinin araşdırılmasına çağırıb. İş adamı bununla bağlı Prezident İlham Əliyevə müraciət göndərmək niyyətində olduğunu bildirib və müvafiq dövlət orqanlarını bu məsələyə diqqət ayırmağa səsləyib. “Heç kimə sirr deyil ki, özünü hüquqşünas kimi təqdim edən Aslan İsmayılov Soros Fondu ilə əlaqələrini heç zaman gizlətməyib. Hətta nəinki gizlətməyib, bu barədə hər zaman uca səslə və fəxrlə danışıb. Şəxsən mənim özümə bildirmişdi ki, onun Amerikada Saakaşvili ilə birlikdə oxumasının səbəbkarı Corc Sorosdur. Demişdi ki, Soros onları öz ölkələrinin növbəti prezidentləri kimi hazırlayıb, guya özünün azı 3 dəfə Azərbaycan prezidenti olmaq şansı olub və sairə. İndi həmin bu Soros Azərbaycana qarşı, onun rəhbərliyinə qarşı belə çirkin kampaniya aparır və onu maliyyələşdirirsə, Aslan İsmayılov kimi Soros Fondu ilə əlaqələrindən ağızdolusu danışan adamlar necə məsuliyyətdən, diqqətdən kənarda qala bilərlər? A.İsmayılov illərdir Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun rəhbərliyinə qarşı fəaliyyətlə məşğuldur. Kim zəmanət verə bilər ki, onun bu fəaliyyətinin arxasında elə Sorosun iradəsi dayanmayıb? Bu səbəbdən hesab edirəm ki, müvafiq orqanlar Aslan İsmayılovun fəaliyyətini, onun Soros Fondu ilə əlaqələrini dərindən araşdırmalıdırlar”.

İş adamı hesab edir ki, son vaxtlar A.İsmayılovun erməni əsilli əcnəbilərin müdafiəsinə qoşulması da təsadüfi deyil. “Bunlar hamısı bir mərkəzdən idarə olunan məsələlərdir”. (azpolitika.info)

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın