Ana səhifə / Aktual / Aslan İsmayılov təqsirləndirilən şəxs kimi tanındı – FOTO

Aslan İsmayılov təqsirləndirilən şəxs kimi tanındı – FOTO

Mayın 24-də Bakı şəhəri Səbail Rayon Məhkəməsində tanınmış iş adamı Mürvət Həsənli ilə hüquqşünas Aslan İsmayılov arasında başlayan məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Musavat.com-a daxil olan məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclada barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş A.İsmayılovla bağlı zorla gətirmə tətbiq olunub. Belə ki, hüquqşünas məhkəmə iclasına polis vasitəsilə gətirilib.

İş adamı M.Həsənli xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və A.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş edib.

Hazırlıq iclasında müəyyən olunub ki, xüsusi ittiham qaydasında şikayətin aidiyyati məhz bu məhkəməyə aiddir. Şikayət ərizəsi Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun tətbiq edilib. Həmçinin şikayət üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən olunmayıb.

Məhkəmə qərarına əsasən, M.Həsənli ittihamçı, A.İsmayılov isə təqsirləndirilən şəxs qismində tanınıb. İşin açıq məhkəmə baxışının Səbail Rayon Məhkəməsində 31 may 2018-ci ildə keçirilməsi qərara alınıb. A.İsmayılovun müdafiəçidən imtina etdiyi də qərarda əksini tapıb.

 

Снимок.JPG (49 KB)

Həmçinin oxuyun

“Üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edənləri döydülər” – Nərmin Şahmarzadə

“Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində …