Ana səhifə / Aşıq Xanların oğlu – Aşıq Azər canıyla çarpışır (VİDEO)

Aşıq Xanların oğlu – Aşıq Azər canıyla çarpışır (VİDEO)

Məşhur Azərbaycan aşığı, böyük saz-söz ustadı, mərhum Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlu canı ilə çarpışır.
33 yaşlı məşhur aşıq 3 ildir “Hepatit B” xəstəliyindən əziyyət çəkir. Aşığın yaxın dostu şair Ehtiram İlhamın ATV.az-a verdiyi məlumata görə, Azərin xəstəliyi artıq son həddə çatıb: “Aşıq Azər Xanlaroğlu bu gün bir neçə xəstəliklə çarpışır. “Hepatit B” xəstəliyindən də əziyyət çəkən aşığın ayaqları şişdiyi üçün yerindən tərpənə bilmir. Yataqdan qalxa bilmədiyi, ayaq ustündə durmaq mümkün olmadığı üçün məclislərdə iştirak edə bilmir, maddi sıxıntı çəkir. Xəstəliyinin müalicəsi mümkündür, amma madddi vəziyyət buna imkan vermir. Buradan saza, sözə qiymət verən insanlara səslənirəm ki, Azəri qurtaraq, Allah uzaq eləsin, onu itirə bilərik…”.
Sayt Aşıq Azər Xanlaroğlunun özü ilə əlaqə saxlayıb. Azər bəy bildirib ki, həqiqətən, artıq o 3 ildir “Hepatit B” xəstəliyindən əziyyət çəkir, artıq yatağından dura bilmir: “Həkimlər deyirlər ki, xəstəliyin müalicəsi İsraildə mümkündür. Deyilənə görə, 60 min dollara başa gəlir”.
Xatırladaq ki, Aşıq Xanlar Azərbaycanın tanınmış el aşıqlarından biri olub. O da cavan yaşında dünyasını dəyişib. Çox təəssüf ki, bu gün Xanların yadigarı aşıq Azər Xanlaroğlunun da həyatı təhlükədədir. Şair Ehtiram İlham onu da bildirdi ki, Azər Xanlaroğlunun yaxın vaxtda müalicəsinə başlanılmasa, təəssüf ki, onu itirəcəyik.
Təqdim etdiyimiz bu görüntüdə üç böyük sənətkar var: Zəlimxan Yaqub, İlham Əsgərov və Aşıq Xanların ciyərparası Aşıq Azər Xanlaroğlu.
Zəlimxan Yaqubu da, İlham Əsgərovu da itirmişik…
Aşıq Xanların yadigarı, 33 yaşında, şəksiz-şübhəsiz, rəhmətlik atası kimi sənətkarlıq zirvəsinə yüksəlmiş Azəri itirməyək!

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın