Ana səhifə / Aşıq Telli Akif Çovdarovun müdafiəsinə qalxıb? – Açıqlama

Aşıq Telli Akif Çovdarovun müdafiəsinə qalxıb? – Açıqlama

Aşıq Telli Borçalının adı yenidən sabiq MTN generalı Akif Çovdarovla hallanır. Mətbuatda yayılan məlumatlara görə, Gürcüstanda yaşayan 100-dən artıq azərbaycanlı ziyalı hazırda həbsdə olan generalın müdafiəsinə qalxıb. 
Prezident İlham Əliyevə müraciət ünvanlayan bu şəxslər Akif Çovdarovun Gürcüstanda yaşayan azərbaycanlılara etdiyi yaxşılıqlardan söz açıblar. Və bildiriblər ki, onların problemləri onun müdaxiləsindən sonra həllini tapıb.
Məktuba imza atanların siyahısında aşığın adına rast gəlməsək də, onun da A.Çovdarovu dəstəkləyənlər arasında olduğu iddia olunur.
Musavat.com-un əməkdaşı bu məsələyə aydınlıq gətirmək üçün aşıq Telli Borçalı ilə əlaqə saxlayıb.
Aşığın telefonuna cavab verən və özünü T.Borçalının bacısı kimi təqdim edən xanım bildirib ki, bacısının sabiq generalla münasibəti olmayıb: “Bunlar boş-boş söhbətlərdir, yalan yazıblar. Bu məlumatlar reytinq xətrinə yayılır. Telli o adamı tanımır. Bir müddət əvvəl mətbuatda Tellinin A.Çovdarovla əlaqəsi olduğu yazılmışdı. O zaman Telli məsələ ilə bağlı mətbuata açıqlama verdi. Söhbət bağlandı”.
Qeyd edək ki, bir neçə ay öncə aşıq Telli Borçalının Akif Çovdarovla dostluq etməsi barədə xəbərlər yayılmışdı. Tellinin A.Çovdarovun və əhatəsinin məclislərinin bəzəyi olduğu, aşığın bu dostluqdan aldığı güclə sevmədiyi həmkarlarına efir və toy qadağası qoyduğu da iddia olunmuşdu.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın