Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Aktual / Asif Əsgərov: “Mən rəsmi qayda-qanunlara əməl edən adamam”

Asif Əsgərov: “Mən rəsmi qayda-qanunlara əməl edən adamam”

Xəbər verdiyimiz kimi sabiq Administrasiya rəhbəri ,hazırda AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərlə bağlı yeni video görüntülər yayılmaqla bərabər, eyni zamanda Həbib Müntəzir  facebook sosial şəbəkəsində paylaşdığı statusda Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərovun da toyda iştirak etdiyini iddia edib.

Nəsimi rayon İH-nin başçısı Asif Əsgərov yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib və  məlum toyda iştirak etmədiyini vurğulayıb: “Mən rəsmi qayda-qanunlara əməl edən adamam. Pandemiya dövründə mən səhər işə,axşam isə ailə-uşağımın yanında olmuşam”. Asif Əsgərov qeyd edib ki,COVİD-19 pandemiyası ilə mübarizə və Operativ Qərargahın tədbiq etdiyi qaydalara hər kəs kimi o da əməl edirb: ” Bu qaydalara əməl olunduğu halda insanların təhlükəsizliyinə və virusa yoluxma hallarının azalmasına nail olmaq olar”.

Həmçinin oxuyun

Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək

Koronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək …