Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Asan-Xidmət”, Təhsil Nazirliyi… – Bu qurumlarda yoxlama aparıldı + Qərar

“Asan-Xidmət”, Təhsil Nazirliyi… – Bu qurumlarda yoxlama aparıldı + Qərar

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Mia.az Palataya istinadla xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:
– Təhsil Nazirliyinin 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;
– Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) 2018-ci il illik maliyyə hesabatlarına dair.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor Hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …