Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Arzuman Abdulkərimov Ana Vətən Partiyasından istefa verdi

Arzuman Abdulkərimov Ana Vətən Partiyasından istefa verdi

Azinforum.az xəbər verir ki, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov təmsil olunduğu partiyadan istefa verdiyini bildirib. Bununla bağlı o, aşağldakı fikirləri bildirib:

“Əziz dostlar, hörmətli media nümayəndələri.
Nəzərinizə çatdırıram ki, bu gün Ana Vətən Partiyasından istefa ilə bağlı qərar verdim. İstefamın səbəbi bundan sonra heç bir təşkilatın nizamnaməsi ilə məhdudlaşmayan, müstəqil siyasətçi olaraq fəaliyyətimi davam etdirmək niyyətimdir. Necə deyərlər, dövlətə xidmətin ünvanı olmaz. Sabah, 31 oktyabr 2022-ci il tarixdə istefa ərizəmi partiyanın sədri, millət vəkili Fəzail Ağamalıya rəsmən təqdim edəcəm.
Müqəddəs Azərbaycan Dövləti və Dövlətçilik uğrunda mübarizəmi bundan belə daha da gücləndirəcəm. Bundan sonra da siyasi kursunu doğru saydığım, yolunu öz yolum hesab etdiyim Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyevin yürütdüyü xətti qətiyyətlə müdafiə edəcəm.
Əziz Ana Vətənçilərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.
Hörmətlə, Arzuman Abdulkərimov – “Hilal” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri. Politoloq”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …