Ana səhifə / Aktual / “Arzular çox idi, amma onların çox cüzi hissəsi həyata keçib”- Əhməd Qəşəmoğlu

“Arzular çox idi, amma onların çox cüzi hissəsi həyata keçib”- Əhməd Qəşəmoğlu

Bu gün tanınmış sosioloq alim, professor Əhməd Qəşəmoğlunun anadan olduğu gündür. 1950-ci ildə Babək rayonunun Vayxır kəndində doğulan alimin 68 yaşı tamam olur. 

Sosioloq Moderator.az-a açıqlamasında ad günü təəssüratı ilə yanaşı, həyata keçirə bilmədiyi arzuların çoxluğundan və bunun yaratdığı təəssüfdən danışıb:

“Dost-tanışların bu qədər diqqət göstərmələri, təbrik etmələri çox xoşdu. İnsan yaşlandıqca başa düşür ki, həyatın əsas mənalarından biri də ətrafdakılar arasında müəyyən hörmətinin olmasıdır. Elə işlər görüb,  əməllər törətsin ki, onlarla kiminsə diqqətini yaxşı mənada cəlb edə bilsin, hamıya faydalı ola bilsin. Ətrafdan sənə diqqət varsa, deməli az-çox nələrsə etmisən. Bu, bir tərəfdən adama sakitlik gətirir, o biri tərəfdən isə…O biri tərəfdən isə düşünürsən ki, axı arzular çox idi və o arzuların çox cüzi hissəsi həyata keçib. “Bu vətən, ölkə, xalq üçün çox şeylər edə bilərdim, amma onlar da olmayıb” hissi adamda təəssüf yaradır”.

Əhməd Qəşəmoğlu həmçinin,  gələcək elmi fəaliyyəti haqqında -xüsusən, Ahəngyol elmi-nəzəri konsepsiyası barəsində də ətraflı danışıb:

“Hazırda üzərində çalışdığım əsas elmi işim Ahəngyol nəzəriyyəsidir. O da mənim üçün Allahın bir lütfüdür. Artıq Ahəngyolla bağlı dünyanın bir neçə ölkəsindən sifarişlər də almışam. Həm kitab, həm də məqalələr yazmaqla bağlı müraciətlər olunub. Bu, mənə ruhən çox böyük rahatlıq verir. Allah qüvvət versin və mən də Ahəngyolu elə bir bəll səviyyəyə çıxara bilim ki, məndən sonra da elmimizə, xalqımıza faydalı olsun”.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur – Video

2 Saylı Uşaq Xəstəxanasında 7 aylıq körpəsi ölən Abdullayevlər ailəsi Səhiyyə Nazirliyinin binası qarşısında aksiya …