Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Aktual / “ARVADIM OĞLUMUN SİNİF YOLDAŞI İLƏ MƏNƏ XƏYANƏT ETDİ!” – Azərbaycanlı milyarderdən etiraf

“ARVADIM OĞLUMUN SİNİF YOLDAŞI İLƏ MƏNƏ XƏYANƏT ETDİ!” – Azərbaycanlı milyarderdən etiraf

Fərhad Əhmədovun 600 milyon dollarlıq sərvəti keçmiş arvadına verildi

 

Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, yerli nəşrlərin yazdığına görə, bu boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olacaq.

Ər təkidlə bildirirdi ki, ailənin rifahında məxsusi payı olub, lakin məhkəmə həyat yoldaşlarının paylarının bərabər olduğu qərarına gəlib. Nəticədə, təzminatın məbləği ailə aktivlərinin 41,5%-i həcmində dəyərləndirilib.

Hakim həmçinin boşananların adlarının açıqlanmaması barədə qərar verib. BBC yalnız onu bildirir ki, söhbət Qafqaz əsilli 61 yaşlı keçmiş treyderdən və onun 41 yaşlı, Şərqi Avropa doğumlu arvadından gedir. Cütlük Moskvada evlənib və Britaniyanın Surrey qraflığına köçüb. Bundan əlavə, məlumdur ki, təxminən 5 il əvvəl boşanan kişi Rusiya şirkətindəki payını 1,3 milyard dollara satıb.

RBK yazır ki, bu təsvirə “Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, “Forbes” jurnalının Rusiya reytinqində 67-ci olan Fərhad Əhmədov uyğun gəlir.

54977_src

“AzPolitika” xəbər verir ki, Haqqın.az saytı bu ehtimalı təsdiq edən sübutlar əldə edib. Saytın yazdığına görə, F.Əhmədov Britaniya Məhkəməsinə ifadəsində keçmiş həyat yoldaşı Tatyana Əhmədovanı ona oğlunun sinif yoldaşı ilə xəyanət etməkdə ittiham edib! Maraqlıdır ki, F.Əhmədovla 1993-cü ildə nikaha girmiş həyat yoldaşı Tatyana Əhmədova Rusiya vətəndaşları kimi hələ 17 il əvvəl boşanıblar. Rusiyada bu boşanma Tatyana Əhmədovanın bu etirafından sonra baş tutub ki, o, dəfələrlə oğlunun sinif yoldaşı ilə ərinə xəyanət edib. Bəzən isə öz məşuqunu yatağına qəbul edəndə, hətta oğlanları da evdə olub! 

***

Varidatı 1,3 milyard dollar həcmində qiymətləndirilən Əhmədov 1986-cı ildə Böyük Britaniyaya köçüb və London xəz birjasında treyder olub. 1987-ci ildə SSRİ-nin qaz müəssisələırinə avadanlıq satan “Tansley Trading” şirkətini təsis edib. 2012-ci ilin sonlarında Əhmədov “Nortqaz” şirkətindəki payını 1,38 milyard dollara “NOVATEK”ə satıb.

Həmçinin oxuyun

Eldar Sabiroğlu oğlundan imtina edib – FOTO

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.  Bu barədə …

Bir cavab yazın