Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Artan xərcləri ödəmək üçün büdcədə vəsait varmı? – ŞƏRH

Artan xərcləri ödəmək üçün büdcədə vəsait varmı? – ŞƏRH

Son həftələr ərzində ölkə prezidenti tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı və geniş əhatəli fərmanlar imzalanıb. Bu fərmanların icrası üçün lazım olacaq vəsaitlərin dövlət büdcəsindən təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, rəsmi məlumatlara görə, sosial müavinət və təqaüdlərin artırılmasına bu il 300 milyon, növbəti ildən 400 milyon manat vəsait tələb olunacaq. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Prezidentin problemli kreditlər məsələsinin həlli ilə bağlı imzaladığı fərmanın büdcəyə 670 milyon manata başa gələcəyi bildirilir. Bu qədər vəsaitin ödənməsi necə təmin ediləcək? Dövlət büdcəsinə yenidən baxılması mümkündürmü?

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, artan xərcləri maliyyələşdirmək üçün büdcədə vəsait var və ona dəyişiklik olunmasına ehtiyac yaranmayacaq: “2019-cu ilin dövlət büdcəsində bu xərcləri qarşılamaq üçün kifayət qədər bölünməmiş və təsnifatı verilməyən vəsait mənbələri mövcuddur. Məsələn, ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanının 1.14.3.3-cü maddəsində “Sosial-iqtisadi islahatlar və digər tədbirlər üzrə xərclər” adı altında 1 milyard  373 milyon 315 min 823 manat nəzərdə tutulub. Bu məbləğin 935 milyon manatı İslahatlarla bağlı xərclərdir. Bundan əlavə, büdcədə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu adı ilə 300 milyon manat, büdcənin ehtiyat fondu adı ilə 100 milyon manat vəsait var.

Ehtiyat fondları dövlət büdcəsində nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün yaradılmış maliyyə mənbələridir”.

İqtisadçı-ekspert Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, prezident fərmanlarında nəzərdə tutulan bütün xərclərin qarşılanması üçün yeganə mənbə dövlət büdcəsidir: “Büdcədə bir sıra elə xərc maddələri var ki, hökumət onların istiqamətini dəyişdirərək manevr edə bilər. Bəzən belə maddələr üzrə 1 milyard manatdan yuxarı vəsait nəzərdə tutulur. Düzdür, bu ilin ortasında da hökumətin büdcəyə yenidən baxacağını istisna etmirəm – ən azı son illərin təcrübəsi var ortada. Lakin bu ehtimalı yüksək də qiymətləndirmirəm. Yeni qəbul olunmuş büdcə qaydasına görə, cari ilin büdcə xərcləri keçən ildəki xərclərdən cəmi 3 faiz yüksək ola bilər. Bu qaydaya istinad etsək, büdcədə dəyişiklik olunmayacağını söyləmək olar. Amma onu da nəzərə alaq ki, ”Büdcə sistemi haqqında” qanuna əsasən prezidentin həmin qaydanın tətbiqini dayandırmaq səlahiyyəti var”.

Ekspertin fikrincə, hökumət artan xərcləri qarşılamaq üçün bir sıra xərc maddələrində müəyyən dəyişikliklər etməyə üstünlük verəcək.

İqtisadçı-ekspert  Rövşən Ağayev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert  Rövşən Ağayev hesab edir ki, hökumət bu il dövlət büdcəsinə dəyişiklik etməyəcək. Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişiklikdən sonra büdcə xərclərinin artırılmasına limit qoyulub (3 faizdən çox artırıla bilməyəcək): “Ümumilikdə büdcədə ciddi dəyişiklik ediləcək. Hökumət həmin vəsaitin bir hissəsini investisiya xərclərindən, bir hissəsini isə əsas bölmələrə aid edilməyən və sair xərclər bölməsindən götürə bilər. Burda 1,2 milyard manata yaxın vəsait var. Bu, böyük vəsaitdir. Büdcədə bir neçə xərc maddəsi var, ayrı-ayrı bölmələrdə ”və sair” adı altında xərclər nəzərdə tutulur, ancaq onların təyinatı açıqlanmır. Bunları nümunə kimi deyirəm. Mənə elə gəlir ki, hökumətin büdcədə manevr etmək imkanı var və bu imkandan yararlanacaq”.

Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirovun AzTV-nin “Günün nəbzi”  proqramında dediyinə görə, bütün fərmanların yaratdığı xərclər büdcədə əvvəlcədən nəzərdə tutulub: “Prezident ilin əvvəlindən bir çox sosial xarakterli fərman və sərəncam imzalayıb. Bəzilərində belə fikirlər olur ki, bu, 3-5 gündə yaranıb. Bu, belə deyil”.

Onun sözlərinə görə, dövlət büdcəsində bu vəsait keçən il nəzərdə tutulub: “2019-cu ilin büdcəsi 2018-ci ildə təsdiqlənir. Keçən il təsdiqlənən büdcədə bu sosial paket və onların maliyyələşdirilməsi artıq nəzərə alınmışdı. Əks halda, 2019-cu ildə ortaya çıxan fikri bu həcmdə maliyyələşdirmək mümkünsüz olardı. Bu fikirlər keçən ilin əvvəlində, ortasında ortaya çıxan fikirlərdir və büdcədə təsbit olunmuş addımlardır. Bu, Prezident tərəfindən bu il müxtəlif sərəncamlarla həyata keçirilir”. (Musavat.com)

Həmçinin oxuyun

“Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” – Şəhid Milli Qəhrəmanının atası

“Mən oğlum Milli Qəhrəman Şükür Həmidovun Qubadlının azadlığı uğrunda şəhid olmasından təsəlli tapıram. Övladımın qanı …