Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Aristokrat” tibb mərkəzinin sahibinin oğlunun istintaqı başa çatdı — Qətl işi

“Aristokrat” tibb mərkəzinin sahibinin oğlunun istintaqı başa çatdı — Qətl işi

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Həsən Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

İttihama görə, bu ilin yanvarın 1-də Nərimanov rayonu ərazisində “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini, “Aristokrat” klinikanın sahibinin oğlu, 31 yaşlı Həsən Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Həsən Rəhimli tutulub.

Istintaq orqanı tərəfindən Həsən Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …