Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Arif Yunusun səhhəti pisləşib, prosesdə fasilələr elan olunub

Arif Yunusun səhhəti pisləşib, prosesdə fasilələr elan olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Arif Yunusun səhhəti pisləşdiyi üçün fasilə elan olunub. Məhkəməyə həkim briqadası cəlb edilib.
Bu zaman Leyla Yunus səs-küy salaraq, qalmaqal yaradıb. Məhkəmə heyəti bir neçə dəfə prosesdə qısamüddətli fasilə verib.
Hazırda Arif Yunusa tibbi yardım göstərilir.
Qeyd edək ki, prosesin bu gün dövlət ittihamçısının çıxışı ilə davam etdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın