Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Arif Rəhimzadə qəzəbləndi: “Mənim o adda oğlum yoxdur”

Arif Rəhimzadə qəzəbləndi: “Mənim o adda oğlum yoxdur”

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib. Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov Müşahidə Şurasının üzvləri təyin olunublar.

Maraqlı məqam odur ki, Murad Rəhimovun deputat Arif Rəhimzadənin oğlu və ya Gənclər və İdman naziri Azad Rəhimovun qardaşı oğlu olması barədə məlumatlar yayılıb.

Yenicag.az məsələni dəqiqləşdirmək üçün Milli Məclisin deputatı Arif Rəhimzadə ilə əlaqə saxladı. O, yazılan məlumatların doğru olmadığını bildirdi:

“Kim deyir ki, Müşahidə Şurasının sədri mənim oğlumdur? O adda oğlum yoxdur, yəni sədr seçilən adam mənim oğlum deyil. Bunu ilk dəfədir sizdən eşidirəm. Xahiş edirəm ki, məlumat yazılarkən ilk olaraq dəqiqləşdirilsin və sonra yazılsın”.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …