Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Arif Qasımov haqda yayılan məlumat həqiqəti əks etdirmir”

“Arif Qasımov haqda yayılan məlumat həqiqəti əks etdirmir”

Bəzi saytlarda AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun da iştirak etməsinə və orada hər hansı sağlıq dediyinə dair məlumat yayılıb. Azinforum.az -ın məlumatı dəqiqləşdirmək üçün Arif Qasımovla əlaqə saxlamaq cəhdləri alınmayıb. Lakin Arif Qasımovun yaxın adamları saytımıza açıqlamasında bildiriblər ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Arif Qasımov vəzifəsindən azad olsa da, özünü Prezidentin əsgəri sayır. Onun hansısa icazəsiz məclisdə iştirak etmək niyyəti olmayıb. Arif Qasımov hər zaman qanunlara sayğı ilə yanaşan adamdır. Belə həqiqəti əks etdirməyin məlumatların dəqiqləşdirilmədən dövriyyəyə buraxılması jurnalistika prinsiplərinə uyğun deyil. Ümid edirik ki, bu yanlış məlumatı tirajlayanalar təkzib verməklə öz səhvlərini düzəldəcəklər”.

Azinforum.az

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …