Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Arif Məlikov: “Türkan Şoray çox gözəl qadındır” – FOTOLAR

Arif Məlikov: “Türkan Şoray çox gözəl qadındır” – FOTOLAR

Ötən gün “Avrasiya əfsanəsi” mükafatına layiq görülən xalq artisti Arif Məlikov təəssüratlarını bölüşüb.
Musavat.com xəbər verir ki, jurnalistlərin suallarına cavab verən bəstəkar mükafata layiq görülməsindən danışıb: “Məni mükafata layiq görənlərə təşəkkür edirəm. İllərini sənətə həsr etmiş sənətkarın hər yaşda diqqətə ehtiyacı var. Sevgi, hörmət görmək xoşdur”.
Xalq artisti Bakıda qonaq olan Türkiyənin məşhur aktrisası Türkan Şoray ilə illər əvvəl tanış olduğunu deyib: “Hər zaman Türkiyəyə gedəndə onunla görüşürük. Özü insanlarla görüşməyi çox sevir, mehriban insandır. Deyim ki, arada içməyə də getmişik. Orada yüngül şərab içməyə normal baxırlar. Türkan Şoray bir neçə gün Bakıda olsa da, yenidən görüşə bilməyəcəyik. Bayaq danışdıq, hal-əhval tutduq. Türkan xanımla bizim fotomuz çoxdur. Evində, tamaşalarada, iş zamanı birlikdə olmuşuq. 10-15 gündən sonra ona çəkdirdiyimiz fotoları seçib, göndərəcəyəm. Çox gözəl qadındır. Atası da bəstəkar olub”.



Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın