Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Arif Hacılının plagiat başsağlığı

Arif Hacılının plagiat başsağlığı

Müsavat başqanı İsa Qəmbərin iki il əvvəl yaydığı müraciəti olduğu kimi öz adından yayıb

Müsavat Partiyasının başqanı Arif Hacılı 31 mart – Soyqırım Günü ilə bağlı xalqa müraciət edib. Müraciətdə 1918-ci ildə baş verən hadisələr xatırlanır, bildirilir ki, o zaman Bakıda 12 mindən çox azərbaycanlı öldürülüb, onminlərlə insan itkin düşüb və s. Tarixi faktlara söykənən müraciət sonda şəhidlərin ruhuna dua oxumaqla bitir.

Eyni mətndə dəyişən yalnız başqanların adıdır. Hətta cümlədə buraxılmış hərf səhvi də olduğu kimi dərc olunub. Məsələn, “Həmin hadisələr vaxtı Bakıda 12 mindən çox azərbaycanlı ölrürülüb, on minlərlə insan itkin düşüb” cümləsində “öldürülüb” sözü səhv yazılıb. Arif Hacılının adından yayılmış müraciətdə də həmin səhv düzəldilməyib.

Mətnlər arasında yeganə fərq sonuncu müraciətin sonundakı cümlənin çıxarılmasıdır. Belə ki, İsa Qəmbərin müraciəti “Tanrı şəhidlərimizin ruhunu şad eləsin. Tanrı Azərbaycanımızı qorusun!” fikirləri ilə bitir. Arif Hacılının müraciətində isə “Tanrı Azərbaycanımızı qorusun!” cümləsi çıxarılıb.

 

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın