Şənbə , Aprel 20 2024
Ana səhifə / Arda Turanın “Qalatasaray”a keçidi baş tutmayıb

Arda Turanın “Qalatasaray”a keçidi baş tutmayıb

İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turanın Türkiyə “Qalatasaray”ına keçidi baş tutmayıb.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində İstanbul təmsilçisinin prezidenti Dursun Özbək bildirib.
O, transfer işlərini bitirdiklərini söyləyib: “Qalatasaray” olaraq transfer dönəmini bağladıq”.

Klub rəhbəri “Arda Turan transferindən imtina etmənizin səbəbi azarkeşlərdir” sualına belə cavab verib: “Futbolu idarə etmək çətindir. Kütləni məmnun etməlisiniz”.

Qeyd edək ki, bu gün Kataloniyanın RAC 1 radiosu Arda Turanın icarə əsasında 2 il “Qalatasaray”ın formasını geyinəcəyini dair məlumat vermişdi. “Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya klubu ilə 3 illik müqaviləsi olan 30 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olmadığını açıqlayıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın