Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Arda Turana gələn fantastik təklif açıqlandı

Arda Turana gələn fantastik təklif açıqlandı

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli Arda Turanla bağlı maraqlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, mütəxəssis “Barselona”lı futbolçunun Çindən fantastik təklif aldığını bildirib.

Jurnalist Bilal Meşe ilə dava etdikdən sonra milli karyerasını bitirən Ardanı müdafiə edən Dənizli “Arda Turan böyük qardaşı olan bir adamla yaşamaması vacib olan bir problem yaşadı. Təbii ki, səhv etdi. Ancaq ani əsəbləşmə zamanı belə şeylər ola bilər. Çindən böyük bir təklif aldı. Mən bir müddət əvvəl Barselonada onunla görüşdüm. “Barselona”dan ayrılmamasını söylədim. Çin klubu ona İspaniyadan qazandığından 3-4 dəfə artıq pul təklif etdi. Amma qəbul etmədi” deyib.

Qeyd edək ki, Arda “Barselona”da illik 7 milyon avro maaş alır.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın