Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Arazboyu hücum planı necə həyata keçirildi? – Video

Arazboyu hücum planı necə həyata keçirildi? – Video

Vətən müharibəsinin 26-cı günü, mənfur düşmən yenə də öz çirkin planlarından əl çəkmirdi. Zəngilan azad olunsa da, onlar bu rayonu yenidən işğal etməyi planlaşdırırdılar. Lakin planları boşa çıxır. Ermənilərdən ibarət xeyli sayda şəxsi heyət bölmələrimiz tərəfindən əsir götürülür. Durmadan irəliləyən ordumuz isə Ağbənd zastavasını azad edir.

Ermənistan Zəngilan azad edildikdən sonra burda qalmış qüvvələrinə dəstək göndərməklə Zəngilanı yenidən işğal etmək istəyirdilər.. 

Bu döyüşlə Ermənistan ordusunun xeyli sayda xüsusi təyinatlısı əsir götürülür. Həmin hücumda iştirak etmiş erməni zabit Arsen Abqaryan Zəngilan döyüşlərini belə xatırlayır.

Zəngilanda nəyin baş verdiyini anlamayan düşmənə daha bir zərbə Ağbənddə vurulur. 6 saatlıq şiddətli döyüşlə bir nəfər belə itki verilmədən Ağbənd zastavası azad olunur. Bununla yanaşı, Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının daha 21 kənd və qəsəbəsi işğaldan azad edir. 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …