Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Araik Arutyunyan yenə Putinə müraciət edib yalvardı

Araik Arutyunyan yenə Putinə müraciət edib yalvardı

Qarabağdakı separatçı-terrorçu qrupların rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tətəfindən barəsində 4 maddə ilə cinayət işi qaldırılan və İnterpol xəttilə axtarış elan edilən Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Arutyunyan Rusiya liderindən kömək istəyib. Bildirilir ki, müraciət qondarma qurumun oyuncaq “təhlükəsizlik şirası”nın 25 martdakı iclasında qəbul edilib.

A.Arutyunyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın pozulmasına görə Azərbaycanı ittiham edib, həyasızcasına. Üçtərəfli bəyanata görə, rəhbərlik etdiyi qanunsuz silahlıları dərhal Qarabağdan çıxarmalı olan Arutyunyan 8 martdan etibarən Qarabağ ermənilərinin qazsız qalmasına görə də günahı Azərbaycanın üzərinə atmağa cəhd edib.

O, həmçinin Azərbaycan hərbçilərinin öz mövqelərini irə çəkdiyinə görə şikayətlənib və  Putindən yardım istəyib.

A.Arutyunyanın yalvarış dolu müraciətində bildirilir:

“Bəyannamənin müddəalarında nəzərdə tutulmuş sülhməramlı şəxsi heyətin və texniki vasitələrin hazırkı sayı Azərbaycanın hərbi istəklərinin artan xarakterini nəzərə alaraq, Qarabağda sülhməramlı missiyanın tam həyata keçirilməsi üçün kifayət deyil. Azərbaycanın hazırkı təcavüzünün qarşısını almaq və mövqelərimizi Azərbaycan Silahlı Qüvvələrinin tərkibindən çıxarmaqla yanaşı, Rusiya sülhməramlılarının hazırkı sayına və xidməti maşınların sayına yenidən baxılmasını, habelə müvafiq olaraq həm hərbi, həm də hərbi texnikanın sayını artırmağı xahiş edirik”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …