Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Aktual / Aqşin Fateh Tarkanı təhqir etdi – “Özümü cinsi azlıqla müqayisə etmərəm”

Aqşin Fateh Tarkanı təhqir etdi – “Özümü cinsi azlıqla müqayisə etmərəm”

Bir neçə gün öncə Türkiyə mediasının meyxanaçı Aqşin Fatehi “Azərbaycanın Tarkanı” kimi təqdim etməsi xeyli müzakirə olunub.

Meyxanıçının Tarkan kimi təqdim edilməsi sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub, həm istifadəçilər, həm də məşhurlar onu lağlağı obyektinə çevirib.

Günlərdir səssizliyini qoruyan Aqşin haqqında yazılanlara sərt reaksiya verib. Bu barədə danışan söz ustası həmin şəxslərə səslənib:

“Son günlər mənim Tarkanla müqayisə edilməyim barədə yazılır, bu müzakirə edilir. Paylaşımların altına üzdəniraq, fahişə qırıntıları olanlar girib təhqir yazırlar. Sözüm hamınızadır, mən heç vaxt özümü bir “gey”in sənəti və özü ilə müqayisə etmərəm! Ağlınız özünüzə getməsin, mən Azərbaycan kişisiyəm. Tarkan yox, dünyanın meqastarı belə olsa, onun kişiliyi yoxdursa, mənim dırnağımın çirki belə ola bilməz!”

A.Fateh onu ələ salan bəzi məşhurları da təhqir edib: “Həmin xəbərlərin altına şərh yazıb məni ələ salan üzdəniraq aparıcılar, qucaqdan-qucağa gəzən fahişə qadın müğənnilər, gedin arxanıza-önünüzə yiyəlik edin! Kimin nə  olduğunu millət gözəl bilir. Bu günə qədər abrımı gözləmək üçün çox məsələlərdə susmuşam, amma mənə ilişib-sataşmayın. Elə bir an gələr ki, kimin haqqında nə məlumat varsa, hamısı açıb sosial şəbəkələrdə qoyaram! Mənə dəyib-dolaşmayın! Bəzi məmurların sponsorluq etdiyi müğənnilər var, unutmayın ki, sizin arxa-dayağınız ola bilər, amma yetimin də Allahı var”.

Həmçinin oxuyun

İtkin düşmüş hərbi qulluqçuların axtarışları davam etdirilir

Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti …