Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Aprel şəhidlərinin övladları üçün yelkən əyləncəsi – Fotolar

Aprel şəhidlərinin övladları üçün yelkən əyləncəsi – Fotolar

Aprel şəhidlərinin övladları üçün “Yelkənli İdmanın bir günü” əyləncəli – maarifləndirici tədbir təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Yelkən İdman Federasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə keçirdiyi tədbirdə 16 iştirakçı olub. Qonaqlara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədilib. Yelkənli İdman Federasiyasının “Laser” və “Optimist” sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız və Tuğçə Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb olub. 

Tədbir iştirakçılarına yelkənli idman növü, idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …