Aprel şəhidimizin adına tikilmiş bulağın açılışı oldu – FOTOLAR

2016-cı il aprel döyüşlərimizdə qəhrəmancasına şəhid olan əsgər Nürəddin Etimad oğlu Mirzəyevin adına doğulduğu kənddə tikilmiş bulağın açılışı olub. Kənd sakinləri şəhidimizin bulağının suyundan içərək ruhuna dualar oxuyub, şəhid Nürəddin Mirzəyevin keçdiyi ömür yolundan söz açıblar.
Şəhidimizin bulağını öz ailəsi ərsəyə gətirib. Bu haqda Moderator.az -a şəhidimizin yaxınlar məlumat veriblər. Bildiriblər ki, bulağın tikilməsində məqsəd Yardımlının ucqar Honuba kəndində doğulub boya-başa çatmış şəhidin adının əbədiləşdirilməsidir.
Xatırladaq ki, Nürəddin Mirzəyev 1996-cı il dekabrın 20-da Yardımlının Honuba kəndində anadan olub. Aprel döyüşləri zamanı şəhid olan şəhid əsgərimiz aprelin 4-də doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Zdrave universal kremi zdrave forte