Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu – Fotolar

Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu – Fotolar

2016-cı il aprel döyüşlərində yaralanan hərbçi Yaşar Ağayev Türkiyədə Gülhanə xəstəxanasında əməliyyat olunaraq, baş nahiyəsinə süni kəllə qapağı qoyulub. 

Azinforum.az – ın “Haberturk”ə istinadən verdiyi məlumata görə, 4 gün komada qalan 28 yaşlı hərbçimiz 3 dəfə Bakıda əməliyyat  olunub. Lakin keçirdiyi əməliyyatlarda uğurlu nəticə əldə etməyən Y. Ağayev Türkiyədə daha 2 əməliyyat olunub və sentyabrın 25-də 3D printerlərin köməyilə ona süni kəllə qapağı qoyulub.

“Hadisədən sonra özümə ilk dəfə baxanda zənn etdiyiniz kimi şok keçirmədim, soyuqqanlı davrandım. Sadəcə “İnsan heç başından yaralanarmı? Başa dəyən güllə öldürür” deyə düşündüm. Bədənimin sol tərəfinin işləməməyi mənim üçün daha böyük sıxıntı idi. Mən bir dəfə əziyyət çəkdim, ailəm isə hər gün kədərlənirdi. Anamın yanında heç vaxt başıaçıq olmamışam. Həmişə papaq taxırdım. Çünki o, mənə görə çox kədərlənir və ağlayırdı”, – deyə Yaşar Ağayev bildirib.





Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …