Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Aprel döyüşlərində iştirak edən hərbçini işə götürmədilər

Aprel döyüşlərində iştirak edən hərbçini işə götürmədilər

Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Gültəkin Rzayeva oğlunun daxili işlər orqanlarında işə götürülməməsindən şikayətçidir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçinin sözlərinə görə, oğlu Emin Rzayev 2016- ci ilin iyun ayında işə qəbul üçün Xəzər rayon Polis İdarəsinə müraciət edib:

“1 ildən sonra bizə cavab verdilər ki, oğlumu işə götürə bilməzlər. Onun 25 yaşı tamam olub. Ona deyiblər ki, hara istəsən şikayət edə bilərsən. Səni işə götürməyəcəyik. Oğlumun boyu 179 santimetdir. Aprel döyüşlərində kiçik çavuş kimi döyüşlərdə iştirak edib. Ali savadlıdır. Qaydalarda da göstərilir ki, 20- yaşından 30 yaşına kimi gənclərin polis orqanlarına qəbulu həyata keçirilə bilər”.

Məsələ ilə bağlı DİN-in mövqeyini öyrənmək istəsək də, hadisə araşdırıldıqdan sonra cavab verəcəklərini bildiriblər.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …