Cümə , Aprel 19 2024
Ana səhifə / “Aprel döyüşləri “Qarabağ”da əlavə ruh yaratdı” – Qurban Qurbanov

“Aprel döyüşləri “Qarabağ”da əlavə ruh yaratdı” – Qurban Qurbanov

“Keçən ilin aprel döyüşlərindən sonra bu komandada əlavə bir ruh yarandı. Bizim bütün legionerlərimiz bir daha Qarabağı daha yaxından tanıdılar. Bu, həqiqətən futbolçular üçün böyük ruh yüksəkliyi oldu. Onlar bizim azərbaycanlıların, bizim dövlətimizin mərdliyini gördülər”.

 Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi klubun futbolçuları ilə görüşündə deyib: “Bu, bizim builki uğurlarımızda çox böyük bir addım oldu. Bizim üzərimizə düşən budur. Əsgərlərimiz gedib cəbhədə bizi qoruyurlar. Bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, öz vəzifəmizi ləyaqətlə yerinə yetirək”.

Q. Qurbanov qeyd edib ki, Çempionlar Liqasının bu turniri çox böyük turnirdir. Dünyanın ən güclü komandaları bu turnirdə iştirak edirlər. Onların hər birinin Bakıya gəlmək şansı var:

“Mən çox şadam ki, Siz futbola, ümumiyyətlə, idmana bu cür dəstək göstərirsiniz. İstəyirsiniz ki, bizim futbolumuz daha da inkişaf etsin. O klubların buraya gəlməsinə və belə bir böyük turnirdə Azərbaycanın adının çəkilməsinə görə çox şadam. Azarkeşlərimiz, bütün qarabağlılar, köçkünlərimiz – dünən şəhərdə hər şey o dərəcədə idi ki, bu, bizim məsuliyyətimizi daha da artırdı. Düşünürəm ki, biz bundan sonra daha çox çalışmalıyıq, daha məsuliyyətli olmalıyıq. Biz bacardığımız qədər, hətta bacardığımızdan da artıq çalışacağıq ki, başda Siz olmaqla futbolumuz ildən-ilə daha da irəli getsin. Bir daha Sizə təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın