Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Aprel döyüşlərinin qazisi evləndi – Video

Aprel döyüşlərinin qazisi evləndi – Video

Aprel döyüşlərinin qazisi Anar Məmmədov ailə qurub.

“Qafqazinfo”nun “Xəzər TV”yə istinadən məlumatına görə, o, aprel döyüşlərində bir qolunu itirsə də bu, onun arzularının reallaşmasına mane ola bilməyib.

Silahlı Qüvvələrin zabitinin hərbi geyimdə toya gəlməsi isə iştirakçıların marağına səbəb olub.

Ehtiyatda olan kapitan Anar Məmmədovun sözlərinə görə, hərbiçi olmaqla yanaşı öz toyunda hərbi forma geyinmək də ən böyük arzusu olub.

Bəyin xanımı Zülfiyyə Yusifzadə də hazırda Silahlı Qüvvələrdə xidmət edir. O deyir ki, Anardan belə bir təklif gələndə müsbət qarşılayıb.

Qeyd edək ki, toyda bəyin hərbiçi yoldaşları ilə yanaşı, Müdafiə Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Həmçinin oxuyun

Şəhid şöbə müdirinin ailəsindən – Videoreportaj

“Dedim istəmirəm gedəsən, uşaqlarımız var. Dedi yox, gedirəm və qayıdacağam. Mən indi 3 övladın sayəsində …