Ana səhifə / Aparıcı və müğənni qalmaqalında yeni təfərrüatlar…

Aparıcı və müğənni qalmaqalında yeni təfərrüatlar…

Aparıcı Kamran Həsənli ilə müğənni Samir Piriyev arasında yaranmış qalmaqal səngimək bilmir. Belə ki, ötən gün müğənni axşam.az saytına açıqlama verərək aparıcı Kamran Həsənli ilə bağlı olan məhkəmə işində yeni məqamların ortaya çıxdığını, qarşı tərəfin dələduzluğunu sübut edən faktlar toplanıldığını bildirib:

“Artıq xeyli vaxtdır davam edən cinayət işinin araşdırmasında sonra istintaqa məlum oldu ki, Kamran Həsənli Türkiyədə heç bir işə pul qoymayıb. Bəlli oldu ki, qardaş ölkədə heç bir hesaba pul köçürülməyib. Kamran məndən dələduzluq yolu ilə aldığı pulu heç ölkədən kənara çıxarmayıb. Türkiyədən gələn bütün sənədlər artıq Kamran Həsənlinin dələduzluğunu sübut edib”. Müğənni onu da qeyd edib ki, məsələ ilə bağlı gələn həftə mətbuat konfransı keçirib, himayədarların kimliyini, onlarla bağlı sübutları, istintaqa mane olan vəzifəli şəxslərin adlarını çəkib, ölkə başçısına müraciət ünvanlayacaq.

Haqqında səslənən ittihamlarla bağlı aparıcı Kamran Həsənli ilə əlaqə saxladıq. Aparıcı ittihamların əsassız və bundan öncə də səslənən yalanların təkrarı olduğunu qeyd etdi:
“Bu artıq neçənci dəfədir ki, açıq-aşkar mətbuata yalan məlumat verilir. Bundan öncə də demişdilər ki, guya bacım Gülər Həsənlinin ölkədən çıxışına qadağa qoyulub. Halbuki, heç bir qadağa olmayıb. Bacım yayda müəyyən işləri və istirahəti ilə bağlı xaricə getdi, gəldi.
Niyə yalan danışırlar, bu, sual altındadır”.

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın