Ana səhifə / Aparıcı evli kişidən hamilə qalan Şəbnəmi müdafiə etdi: “Sizə nə dəxli var?”

Aparıcı evli kişidən hamilə qalan Şəbnəmi müdafiə etdi: “Sizə nə dəxli var?”

Müğənni Şəbnəm Tovuzlu Lider TV-də “Həyat tərzi” verilişinin qonağı olub.
Moderator.az-ın məlumatına görə, son günlər adı qalmaqalda hallanan ifaçının müdafiəsinə verilişin aparıcısı Lamiyə Ələkbərzadə qalxıb.
“Bir qadın ana olmaq istəyir. Bunun hansısa kişiyə dəxli var? Axı jurnalistlər kim sizə icazə verib ki, bir qadına narahatçılıq yaradırsınız? Axı biz də ana olmuşuq, biz onun bu vəziyyətini başa düşməliyik”.
Qeyd edək ki, Ş.Tovuzlu bir müddət öncə lent.az-a müsahibəsində evli insandan hamilə qaldığını dilə gətirib:
“Həyat yoldaşımın məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinci ailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram. Sadəcə, molla nikahında ailəliyik. Bu evlilikdən uşağımız olacaq. Bunu onun ailəsi də bilir. Münasibətlərimiz yaxşıdır. Qayınatam, qayınanam, qayınlarım, baldızım da bizə gəlib-gedir. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir. Təki bütün kişilər mənim yoldaşım kimi dürüst və mehriban olsun. Bizə toxunanlar isə gec-tez öz cəzalarını alarlar”.

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın