Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / ANS-in keçmiş aparıcısı övladını itirdi

ANS-in keçmiş aparıcısı övladını itirdi

Türkiyədə yaşayan ANS-in keçmiş siması Gülnarə Məmmədova övladını itirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcının özü sosial şəbəkədə məlumat yayıb.

Gülnarə status yazaraq qız övladının vəfat etdiyini qeyd edib:

“Qızım sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən.

Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan…”

Xatırladaq ki, Gülnarə ötən il, yəni dekabrın əvvəlində ana olub.

Qeyd edək ki, aparıcı 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə evlənib.


Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …