Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / ANS açılır? – Sensasion qərar

ANS açılır? – Sensasion qərar

Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq.

Axar.az xəbər verir ki, bu sözlər ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Feysbuk səhifəsində Ramazan ayı ilə bağlı yaydığı geniş statusda əks olunub.

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!” – Vahid Mustafayev vurğulayıb.

***

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev bu qərardan sonra ANS TV-nin fəaliyyətini bərpa edib-etməyəcəyi barədə sualı cavablandırarkən Axar.az-a bildirib ki, Baş Prokurorluğun bu qərarı haqda heç bir məlumata malik deyil.

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …