Ana səhifə / Aktual / Anaxanım polşalı idmançıya qarşı- Yenilənir

Anaxanım polşalı idmançıya qarşı- Yenilənir

Bu gün Avropa Oyunlarında boks yarışları da keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, əlcək ustalarının yarışında Azərbaycanı 5 idmançı təmsil edəcək. Bunlardan 3-ü kişi, 2-si qadın olacaq.

56 kq çəki dərəcəsində 1/8 finalda Tayfur Əliyev rumıniyalı Anderiana Nikola ilə üz-üzə gələcək. İdmançılar saat 15:00-da rinqə çıxacaqlar.

81 kq-da Teymur Məmmədov da 1/8 final görüşünə çıxacaq. O, 21:15-də polşalı Jordan Kulinski ilə döyüşəcək.

91 kq-da Məhəmmədrəsul Məcidov mübarizəyə start verəcək. O, 1/8 final mərhələsində gürcüstanlı Mixeil Baxtidze ilə görüşəcək. Bu qarşılaşma 21:45-də başlayacaq.

Qadınlar arasında 48-51 kq yüngülvari çəki dərəcəsində ölkəmizi Anaxanım Ağayevə təmsil edəcək. O, da kişi idmançılarımız kimi 1/8 final mərhələsindən yarışa start verəcək. Xanım boksçumuzun rəqibi polşalı Drabik Sandra olacaq. Bu görüş 13:15-də baş tutacaq.

Qadınlar arasında 69-75 kq orta çəkidə Leyla Cavadova rinqə çıxacaq. Onun rəqibi rusiyalı Yakoşina Yaroslava olacaq. Bu qarşılaşma 19:00-da olacaq.

***

Anaxanım Ağayeva polşalı Drabik Sandra ilə mübarizəyə başlayır.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın