Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / ANAR SALMANOV: “Paramount Travel Club”un rəhbəri mənəm, Fikrət Məmmədov deyil”

ANAR SALMANOV: “Paramount Travel Club”un rəhbəri mənəm, Fikrət Məmmədov deyil”

Azinforum.az xəbər verir ki, bir neçə gün bundan əvvəl, Fikrət Məmmədov adlı fəal “Feysbuk” istifadəçisinin öz səhifəsində yazdığı status ətrafındakı qalmaqal səngimək bilmir. Fikrət Məmmədova məxsus olan məlum status cəmiyyətin əksər üzvləri tərəfindən Azərbaycan dilinin təhqiri kimi qəbul edildiyi səbəbindən birmənalı qarşılanmayıb. Sözügedən şəxs öz statusunda fikirlərini niyə rus dilində çatdırdığını, hansı səbəbdən Azərbaycan dilindən istifadə etmədiyini açıqlamağa çalışarkən Azərbaycan dilini “kütləvi yaltaqlıq dili” adlandırıb, bu dildə böyük bədii, elmi əsərlər yaradılmadığını deyib. Sözsüz ki, bu statusa rəylər də müxtəlif və daha çox aqressiv olub. Rəy yazanlar arasında kifayət qədər tanınmış jurnalistlər, qələm adamları da yer alıb.

Azinforum.az xatrladır ki, yaşanan qalmaqal çərçivəsinə Fikrət Məmmədov iş adamı kimi təqdim edilib. Bəzi KİV-lər isə onun böyük turizm kampaniyalarından sayılan “Paramount Travel Club”ın rəhbəri olduğunu iddia edib. Azinforum.az sözügedən şirkətlə əlaqə saxlayıb. Salmanov Anar Damət oğlu adında şəxs müvafiq sənədləri də bizə təqdim etməklə bildiridi ki, Fikrət Məmmədovun onların şirkətinə rəsmi olaraq heç bir aidiyyəti yoxdur:

“Bildiyiniz kimi, bəzi KİV-lərdə Fikrət Məmmədov “Paramount Travel Club”un rəhbəri kimi təqdim edilib. Mən çox təəssüf edirəm ki, jurnalistlər onlara verilən hansısa yalnış informasiyanın təsirinə düşərək, sensansiya axtarmaq xatirinə belə dəqiqləşdirilməmiş məlumatları yayırlar. Bizimlə əlaqə saxlayıb, məsələni dəqiqləşdirmək istədiyiniz üçün sizə təşəkkür edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Fikrət Məmmədov adda adamın bizim şirkətin rəhbərliyinə heç bir aidiyyəti yoxdur. Sözügedən şirkətin direktoru mənəm. Təsisçilər də tamailə başaqa adamlardı, heç onların da sırasında Fikrət Məmmədov adda adam yoxdur. Mənə elə gəlir ki, bu məlumatı dəqiqləşdirmək o qədər də çətin məsələ deyil. Bununla bağlı müvafiq dövlət qurumlarının “online” resurslarına girib lazımi məlumatı əldə edə bilərdilər. Bir daha xatırladıram ki, Fikrət Məmmədov bizim tirizm şirkətinin nə direktorudur, nə də adi işçisi”.

“Onu niyə başqa şirkətlər deyil, məhz “Paramount Travel Club”la əlaqələndirirlər” sualına isə Anar Salmanovun cavabı belə oldu:

” Fikrət Məmmədovla fziki şəxs kimi bağladığımız müqavilə əsasında bizim bəzi layihələrimizdə məsləhətçi kimi iştirak edib. Əməkdaşlığımı əsasən marketinq və menecment sahəsində olub. Bizim şirkətin adının Mədəniyyət və Turzm Nazirliyinin rəhbəriyi ilə yaxın münasibətdə hallandırılması da kökündən yanlışdı. Çünki həmin qurum bizim üzərimizdə yalnız nəzarət funksiyasına malikdir, başqa heç bir yaxınlığımız da ola bilməz”.

Azinforum.az-ın apardığı araşdırmadan sonra məlum olub ki, Fikrət Məmmədov uzun müddət Mədəniyyət və Turizm Nazirliyində çalışıb. Dovlət qulluğuna qəbulla bağlı keçirilən imtahanlarda lazım olan nəticəni əldə edə bilmədiyi səbəbindən oradan uzaqlaşdırılıb. Onunla nazir Əbülfəs Qarayevin münasibətlərinin heç də yaxşı olmadığı bildirilir.

Çinarə SEYİDOVA
Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın