Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Anar Qədirli işindən getdi

Anar Qədirli işindən getdi

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirli işdən azad olunub.

Azinforum.az xəbər verir ki, Anar Qədirli məsələni Teleqraf.com-a təsdiq edib.

O bildirib ki, artıq 6 aya yaxındır bu vəzifəni icra etmir: “Mətbuatdan kənar yerdə işləyirəm”.

Səhiyyə Nazirliyinin Mətbut Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatın doğru oldunu bildirib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib ki, Anar Qədirlinin yerinə təyinat yoxdur: “Anar müəllim öz ərizəsi ilə işdən çıxıb. Hələ ki, yerinə təyinat yoxdur”.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …