Ana səhifə / Aktual / Anar Nağılbaz xəstəxanaya yerləşdirildi: “Özünü yaxşı hiss etmir”

Anar Nağılbaz xəstəxanaya yerləşdirildi: “Özünü yaxşı hiss etmir”

Reper Anar Nağılbazın səhhəti pisləşib. Bu barədə Lent.az-a reperin yaxınları xəbər verib. Bildirilib ki, A.Nağılbazın bir neçə gündür ki, özünü yaxşı hiss etmir: “Artıq bu gündən xəstəxanadadır. Özünü yaxşı hiss etmir. Həkimlərin nəzarətindədir. Hətta bu gün verilişlərin birinin çəkilişlərinə qatılmalı idi, amma səhhəti buna imkan vermir”.

Xatırladaq ki, A.Nağılbaz aprelin 17-də “APA TV”-də Yalçın Uğurun təqdimatında “Show time” verilişində qonaq olmalı idi. Lakin reper səhhəti ilə bağlı verilişə çıxa bilməyəcəyini mesaj vasitəsi ilə bildirib: “Mən xəstəxanaya yerləşdirilmişəm, üzrlü sayın”.

Qeyd edək ki, bir müddət öncə reperin anası Şərqiyyə Cəlilova mətbuata açıqlamasında oğlunun səhhətinin yaxşı olmadığını şəkər xəstəliyindən əziyyət çəkdiyini, təzyiqi ilə bağlı probleminin olduğunu demişdi.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …