Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Anar Nağılbaz: “Bir az borcum var, kim ödəyə bilər?”

Anar Nağılbaz: “Bir az borcum var, kim ödəyə bilər?”

Uzun müddətdir ki, işsiz qalan məşhur reper Anar Nağılbaz yenidən müraciət edib. 
Musavat.com bildirir ki, reper bu barədə öz “Facebook” səhifəsində yazaraq qeyd edib ki, borclarını ödəyə bilmir.
Reper onun borclarını ödəyən şəxsə maraqlı təklif də edib: “Artıq işsizliyimi bilməyən qalmadı. Sağ olsun, bütün media əhli “Lider” TV, “Xəzər” TV, Kanal 13, Kanal 24, musavat.com, çoxluq təşkil edən xəbər portalları… Klublar və restoranlar konkret tədbirlər edin, ideyanı biz verək lazım gəlsə, təzə ifalarla… Televiziyalarda montaj, rejissor, assistent, sürücü, ən uzaq yeri “security”də işləyə bilərəm. Bir də ki, bir az borcum var, kim ödəyə bilər? Yoxsa kişinin borcu olar? Əvəzində 90 və 2000-ci illərin CD və kasetlərindən hədiyyə edirəm. Qeyri-konkret təkliflər, sözlər, internetdə öz malının satışı barədə yazmayın. Mahnı satışı, rep və ingilis dili kursları da realdır. Bax belə. Qınayan, öz boşqabına baxsın!”
Xatırladaq ki, bir müddət bunda əvvəl də reper 2013-cü ildən bu vaxta qədər işsiz olduğunu deyərək, elan vermişdi. Reper hətta satıcı belə, işləməyə hazır olduğunu bildirmişdi.
 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın