Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Anar, Fikrət Qoca və başqa yazarlar Cocuq Mərcanlıda- FOTOLAR

Anar, Fikrət Qoca və başqa yazarlar Cocuq Mərcanlıda- FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla, bir qrup tanınmış qələm adamları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Moderator.az xəbər verir ki, ziyarətçilər arasında  Xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə, birliyin gənclər üzrə katibi Rəşad Məcid, yazıçılar Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Yunus Oğuz da var.

Birliyin rəhbər heyəti Cocuq Mərcanlı kənd məktəbi başda olmaqla, kənddəki bir sıra obyektləri ziyarət ediblər.

Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirib və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad edib.

Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün olub.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …