Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Anar Bağırov: “Vəkillər Kollegiyasının yeni saytı hazırlanır”

Anar Bağırov: “Vəkillər Kollegiyasının yeni saytı hazırlanır”

“Hazırda Vəkillər Kollegiyasının “barassociation.az” adlı saytı mövcuddur. Lakin bu sayt texniki baxımdan dövrümüzün tələblərinə tam cavab vermir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, yaxın aylarda VK-nın tamam yenilənmiş saytı hazırlanaraq istifadəyə veriləcək: “Hazırkı sayt demək olar ki, fəaliyyətsizdir, texniki baxımdan köhnədir və müasir tələblərə uyğun deyil. Bu barədə Vəkillər Kollegiyasının sonuncu konfransında da fikir səsləndirmişəm”.

Qeyd edək ki, bu il dekabrın 7-də VK-nın konfransında A.Bağırov növbəti 5 il müddətinə qurumun sədri seçilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …