Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Anar Əsədli həbs olunacaq? – Cinayət işi prokurorluğa göndərilir

Anar Əsədli həbs olunacaq? – Cinayət işi prokurorluğa göndərilir

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) sədri Anar Əsədli həbs oluna bilər.

Onunla bağlı açılan cinayət işi bu günlərdə prokurorluğa göndəriləcək. Qeyd olunur ki, Anar Əsədliyə qarşı irəli sürülən ittihamlar sübuta yetirilib. Bu isə partiya sədrinin hakim qarşısına çıxacağından xəbər verir.
Xatırladaq ki, Anar Əsədli Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Onda məlum oldu ki, partiya sədri ilə bağlı şikayətlər var. Dünən isə Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulduöunu açıqlayıb.

“Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, – deyə Anar Əsədli bildirib.

Partiya sədrinin bu açıqlamasına DİN-nin dərhal və bir qədər də ifşaedici açıqlama verməsi vəziyyətin gölənildiyindən daha ciddi olduğunu göstərdi. DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması onun barəsində iki vətəndaşdan daxil olmuş şikayət əsasındadır: “Hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır. Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib.
Hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Onun ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”.

Baku Post

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …