Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Ananın ikinci övladı da doğuşdan sonra öldü

Ananın ikinci övladı da doğuşdan sonra öldü

Lənkəranda doğuş zamanı körpə ölümü faktı qeydə alınıb.

“ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün baş verib. Rayonun Şağlaser kənd sakini, 22 yaşlı Aynur Şakir qızı Bəşirova dekabrın 31-də doğuş sancıları ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının perinatal şöbəsinə qəbul olunub. Təbii üsulla aparılan doğuş zamanı 2,5 kiloqram çəkidə oğlan uşağı dünyaya gəlib. Həkimlər tərəfindən körpəyə lazımi tibbi yardım göstərilsə də, körpə dünən günün ikinci yarısında vəfat edib.

Uşağın ölümünə səbəb kimi ağciyərində yaranmış problem göstərilir.

Məlumata görə, ananın səhhətində isə hər hansı bir problem yaranmayıb.

Qeyd edək ki, bu, A. Bəşirovanın ikinci hamiləliyidir. Bir il öncə onun dünyaya gətirdiyi qız uşağı da doğuşdan dərhal sonra ölüb.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın