Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / ANAMA rəhbərindən mina xəritələri ilə bağlı açıqlama

ANAMA rəhbərindən mina xəritələri ilə bağlı açıqlama

“Məlum olduğu kimi ötən həftə Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər müəyyən ərazilərinin mina sahələrinin formulyarlarını da Azərbaycan tərəfinə təqdim edib. Mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin, bildirmək istərdim ki, təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır”.

Bunu ANAMA-nın İdarə heyətinin sədri Vüqar Süleymanov deyib. O qeyd edib ki, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina səhələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış edir: “Ancaq Ermənistan tərəfindən təqdim edilmiş formulyarların işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı da ciddi narahatlığımız mövcuddur.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb. Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaqdır.
Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25% təşkil edir.

Təqdim olunan formulyarlar hərtərəfli şəkildə təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiqliyi və hansı əraziləri əhatə etdiyi barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcəkdir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …