Ana səhifə / AMİP rəhbərliyi Avropada maraqlı görüşlər keçirib

AMİP rəhbərliyi Avropada maraqlı görüşlər keçirib

Azinforum.az xəbər verir ki, AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq Əlaqələr katibi Elşən Mustafayevdən ibarət AMİP nümayəndə heyəti Avropa Xalq Partiyası (EPP) rəhbərliyinin dəvəti ilə 22-28 mart tarixlərində Brüsseldə işgüzar səfərdə olub.
Səfərin ilk günü AMİP rəsmiləri AXP Baş Qərərgahında Avropa Xalq Partiyasının Prezidenti cənab Jozef Doulla, növbəti gün isə AXP Baş katibi cənab Antonio Lopez-İsturislə görüşmüşlər. Görüşlərdə AXP tərəfindən AXP Baş katibinin müavini cənab Kristian Kremer, AXP Xarici Əlaqələr katibi cənab Patrik Voller, AXP-nin Siyasi məsələlər üzrə müşaviri xanım Qalina Fomençenko və AXP rəhbərliyində təmsil olunan digər şəxslər iştirak etmişlər. İkitərəfli görüşlər zamanı 7 ildən artıq tarixi olan AMİP-AXP münasibətləri yüksək qiymətləndirilmış və bu münasibətlərin inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulanmaqla AMİP-in AXP-yə üzvlük məsələsi və digər ikitərəfli maraq daşıyan məsələlər müzakirə olunmuşdur.

amip
Səfər çərçivəsində AMİP rəsmiləri Avropa Parlamentində olmuş, burada Avropa Xalq Partiyası qrupunu təmsil edən parlamentarilərlə, Avropa Parlamentinin İsveçdən olan üzvü cənab Günnar Hökmarkla, AP-nin Xorvatiyadan olan üzvü cənab Andrej Plenkoviçlə, AP-nin Rumıniyadan olan üzvü, AXP Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti cənab Cristian Dan Preda ilə və digər AP üzvləri ilə ikitərəfli görüşlər keçirmişlər.
AMİP nümayəndə heyəti Brüssel səfəri zamanı Vilfrid Martins adına Avropa Araşdırmalar Mərkəzinin direktoru cənab Tomi Huhtanenlə, Avropa İttifaqı Qonşuluq və Genişləndirmə siyasəti komissarı Johannes Hahnın müşaviri xanım Hanna Jahnsla, Avropa Parlamentinin Şərq Tərəfdaşlığı Təşkilatının Xarici Əlaqələr Komitəsində Azərbaycan, Ermənistan və Belorus üzrə Qrup rəhbəri cənab Chris Kendalla da görüşlər keçirmişdir.
Keçirilən bütün görüşlərdə Avropa-Azərbaycan münasibətləri, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalının törətdiyi fəsadlar, Azərbaycanda insan haqları, Kütləvi İnformasiya Vasitələri və sərbəst toplaşma azadlığı ilə əlaqədar mövcud durum, karbohidrogen ehtiyatları və enerji daşıyıcıları ilə əlaqədar Azərbaycanın yürütdüyü siyasət, eləcə də reqiondakı hazırki vəziyyət və digər məsələlər müzakirə olunmuşdur. Görüşlərdə iştirak edən Avropa siyasətçiləri Azərbaycanı Avropanın bir hissəsi kiim qəbul etdiklərini, bu istiqmətdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, AMİP-in bu yöndə fəaliyyətini yüksək qiymətləndirmişlər.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın