Ana səhifə / Aktual / AMİP-DƏN ASLAN İSMAYILOVA SƏRT CAVAB: “BU, ASLAN İSMAYILOVUN İLK TƏRBİYƏSİZLİYİ DEYİL…”

AMİP-DƏN ASLAN İSMAYILOVA SƏRT CAVAB: “BU, ASLAN İSMAYILOVUN İLK TƏRBİYƏSİZLİYİ DEYİL…”


“Bu adam hər dəfə ağzını açanda ətrafı üfunət bürüyür”

Azinforum.az xəbər verir ki, AMİP lideri Etibar Məmmədovun mətbuata verdiyi son açıqlama ətrafında ciddi qalmaqal yaranıb.  Qeyd edək ki, tanınmış siyasətçi bildirib ki, bizim “yatmış hökuməti” tezliklə dəyişib normal hökümət qurulmalıdır.

Maraqlıdır ki, Etibar Məmmədovun bu açıqlamasına ilk reaksiya iqtidardan yox, tanınmış hüquqşunas Aslan İsmayılovdan gəlib. O, öz “Feysbuk” səhifəsində  aşağıdakı məzmunda  fikir paylaşıb:

“Azərbaycanın bu günkü duruma düşməsində əvəzsiz rolu olanlar dirilirlər. Artıq Etibar Məmmədov islahatdan danışır. Yəqin bu günlərdə Rəhim Qazıyev, Surət Hüseynov və başqaları da diriləcək”.

Aslan İsmayılovun Etibar Məmmədov haqda işlətdiyi fikirə AMİP-dən reaksiya verilib. Partiyanın Siyasi Şurasının üzvü Əli Orucov Azinforum.az-a açıqlamasında Aslan İsmayılovun son davranışını tərbiyyəsizlik adlandırıb:

 

aslan-ismayilov

” Bu, Aslan Ismayılovun  ilk tərbiyəsizliyi deyil, sonucusu da olmayacaq. Hər kəs öz əxlaqına, səviyyəsinə və tərbiyəsinə uyğun danişır və qiymətini də alır. Bu adam hər dəfə ağzını açanda ətrafı üfunət bürüyür. Hər yoldan ötənə cavab verməyə nə vaxtımız var, nə də həvəsimiz. Amma bu kimi tərbiyəsi pozuq insanlar bilməlidirlər ki, Etibar Məmmədov Azərbaycan xalqının və tariximizin yetişdirdiyi tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın Milli Azadlıq Hərəkatının lideridir, dünya səviyyəli tanınan siyasətçidir. Kimin qəbul edib- etməməsi önəmli deyil, önəmlisi odur ki, E.Məmmədovun fikirləri və verdiyi açıqlamaları cəmiyyətdə böyük diqqət və rəğbətlə qarşılanır. İqtisadi vəiyyətlə bağlı səsləndirdiyi fikirlərinin böyük rezonans doğurması və müzakirələrə səbəb olması da buna əyani sübutdur. A.İsmayilov kimlərin narahatlığını başa düşürəm. Xalqın öz liderinə günü- gündən artan sevgisi, rəğbəti, inamı və ümidi bəzilərinin kürkünə birə salıb“.

Azinforum.az olaraq, Aslan İsmayılovun səsləndirdiyi ittihamla bağlı Rəhim Qazıyev və Sürət Hüseynovun da fikirlərini öyrənməyə çalışacayıq.

M.MİRZƏ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın