Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / AMEA prezidenti vəzifəsinə seçki keçirilir

AMEA prezidenti vəzifəsinə seçki keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilir.

“Report” xəbər verir ki, səsvermədə AMEA-nın akademikləri və müxbir üzvləri iştirak edirlər.

Yığıncaqda AMEA-nın yeni prezidenti seçiləcək.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirlər.
Qeyd edək ki, 85 yaşlı akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib. Onun ərizəsi qəbul edilib.

Həmçinin oxuyun

“Noyabrın 30-u gecə yarısı Azərbaycan ordusu Laçın şəhərinə girəcək” – Erməni ekspert

Erməni mediasında dekabrın 1-də Laçın şəhərinin Azərbaycana təhvil verilib-verilməməsi haqda ziddiyyətli məlumatlar yayılmaqda davam edir. …