Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / AMEA özünə yeni prezident seçir

AMEA özünə yeni prezident seçir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı başlayıb.

Virtualaz.org-un məlumatına görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva yığıncaqda iştirak edirlər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, ümumi yığıncağın gündəliyində akademiyanın Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın, akademiyanın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatlarının təqdimatı, AMEA-nın prezidentinin və Rəyasət Heyətinin yeni tərkibinin seçilməsi nəzərdə tutulub.

Sonra akademik A.Əlizadə AMEA-nın 2017-ci il və son beş ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Ötən ilin mühüm elmi nailiyyətlərlə və uğurlarla yadda qaldığını söyləyən akademik qeyri-neft sektorunun inkişafı baxımından bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, hazırda AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib.

Rəyasət Heyətinin üzvləri akademiklər – Akif Əlizadə, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Rasim Əliquliyev, Əhliman Əmiraslanov, Teymur Kərimli, Nərgiz Axundova, Dilqəm Tağıyev, akademik Fəxrəddin Qədirov, Nazim Məmmədov, İsmayıl Hacıyev və Fuad Əliyevdir.

AMEA-nın vitse-prezidentləri isə İ. Quliyev, İ. Həbibbəyli, T. Nağıyev və D. Tağıyevdir.

Vitse-prezidentlər Rəyasət Heyətinin yeni tərkibindən seçiləcək.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …