Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Aktual / AMEA-da vəzifəli şəxs işdən ÇIXARILDI – FOTO

AMEA-da vəzifəli şəxs işdən ÇIXARILDI – FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, onun hansı səbəblərdən ərazisini yazdığı hələlik bəlli deyil. Məlumat verən mənbə onu da bildirib ki, bir neçə aydır Elnur Eltürklə akademiyanın rəhbərliyi arasında soyuqluq yaranmışdı. 

Xatırladaq ki, Elnur Eltürkün fəaliyyəti nəticəsində Azərbaycan vikipediya sahəsində ciddi irəliləyişlər əldə edib. Onun formalaşdırdığı komanda uğurlara imza atıb. Belə bir uğurlu kadrın işdən ayrılması paradoksdur və günümüzlə səsləşmir. AMEA-nın bunu necə əsaslandıracağı maraq doğurur. 

Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə “Vikipediya” sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə “Vikipediya” hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. “Vikipediya”nın reytinq cədvəlində Azərbaycan irəliləyib.

Həmçinin onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən coxdur ki, bu istiqamətdə fəaliyyət göstərir.

Hüseyn İsgəndərov

AMEA-da vəzifəli şəxs işdənÇIXARILDI - FOTO

Həmçinin oxuyun

Gürcüstandan Azərbaycana pivə ixracı 13% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 313,2 ton pivə ixrac edib. Bu barədə APA-nın yerli …