Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / AMEA-da kimlərə güzəşt olacaq? – Ramiz Mehdiyevdən yeni sərəncam

AMEA-da kimlərə güzəşt olacaq? – Ramiz Mehdiyevdən yeni sərəncam

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə aşağıdakılar tapşırılıb:

– Ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsın,

– İşçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılsın,

– AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi təmin edilsin,

– Təqaüd yaşlı işçilərin işə davamiyyətindən güzəştli şərtlər tətbiq edilsin,

– Qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyəti məhdudlaşdırılsın və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılsın,

– İşçilərin yoluxma hallarını istisna etmək məqsədi ilə elmi müəssisə və təşkilatların fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, əlavə güzəştli davamiyyət rejimi tətbiq edilsin,

– AMEA-nın müvafiq inzibati binalarınln girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamalar tətbiq edilsin və bunun üçün tələb olunan müvafiq tibbi ləvazimatlar alınsın,

– AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılsın ki, koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində müvafiq mütəxəssislər tərəfindən çıxışların edilməsi, maarifləndirici materialların dərc edilməsi təmin olunsun,

– AMEA-nın İşlər İdarəsinə tapşırılsın ki, AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi və bu sərəncamın icrasından irəli gələn digər məsələlərin həlli təmin edilsin.

Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyevə tapşırılıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …